Bəstəkar-müğənni Murad Arif özündən çıxıb.
OLAY yazır ki, sənətçini əsəbiləşdirən məqam isə popuri mahnılarının icazəsiz oxunması olub.
Bununla bağlı Murad sosial şəbəkə hesabında paylaşım edib. İfaçı həmin şəxslərə halallıq vermədiyini bildirib:
“Popurilərimi icazəsiz, halallıq almadan oğurlayıb oxuyanlar, siz necə həyasız adamlarsınız?! Həm oğurlayırsınız, həm də bunu paylaşıb reklam edirsiniz. Birinizdən Murad Arif haqqında soruşsalar, bəlkə, ağız da büzərsiniz. Ama halal zəhmətimlə, büdcəmdən kəsib yığdığıım, günlərlə enerjimi, zövqümü, diqqətimi sərf etdiyim işlərə belə it milçəyi kimi daraşırsınız. Ölün, haram olsun”.