Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Dodağına qırmızı boya çəkərək qəbiristanlığda foto çəkənlər var" - Zümrüd

"Dodağına qırmızı boya çəkərək qəbiristanlığda foto çəkənlər var" - Zümrüd

Aparıcı Zümrüd Bədəlova efirdə göz yaşı axıdıb.

AZXEBER.COM xəbər verir ki, onun aparıcısı olduğu "Xəbər Ətər" verilişinin növbəti buraxılışı avtomobil qəzasında dünyasını dəyişən Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevə həsr olunub.

Zümrüd, özünü mətbuat işçisi adlandıraraq münasib olmayan şəkilləri çəkib paylaşan jurnalistləri qınayıb.

"Kaş ki, o fotoları çəkməyəydiniz. Sizin üçün olmaya bilər, amma o insanın yaxınları üçün bu, ən böyük bir travmadır, yaşatdınız. Bəzi mənzərələr var ki, mənim ağlımdan silinmir. Onun da günahkarı sizsiniz. Başa düşmürəm ki, bir insanın cansız bədəni yerdə yatarkən, ürəyi olan hansı insan onun şəklini çəkə bilər?! Buna nə cür bir cürət, necə bir ürək lazımdır?!

Adam artıq yas yerlərinə də gedəndə bilmir, necə qapansın getsin ki, onun kadrını çəkməsinlər. Bu, yas yeridir. Təəssüflər ki, hərdən bunu böyük təqdimatlarla səhv salan jurnalistlərimiz var. Təəssüflər ki, efirdə aparıcıları hələ də qınayan insanlar var.

Qəbiristanlıqda camaat fəryad edəndə qəbir daşının üstünə çıxıb, saqqız çeynəyə-çeynəyə, ağlayan insanların kadrını ağzının içinə kimi "zoom" edən pressamız var. Pressa da deyə bilmərəm. Dodağına qırmızı boya çəkərək qəbiristanlığa gəlib foto, yaxud video çəkən ümumiyyətlə pressa ola bilməz.

Unutmayın ki, belə bir gün hamı üçün var! Arada heç olmasa, insanlara acısını yaşamağa izn verin. Ola bilər, siz o şərhlərdən həzz alırsınız, "vampir"siniz, o yazılanlarla qidalanırsınız. Dilarə xanımın göz yaşı, onun özünü vurmağı, döyməyi... Bəlkə, sizə bu, acınacaqlı gəlir? Bu acınacaqlı vəziyyətin də hansısa bir şou tərəfini tez təqdim etməlisiniz. Özünüz düşünün ki. əziziniz dünyasını dəyişəndə, siz nə günə qalarsınız?! Arada özünüzü də qoyun onun yerinə.

Artıq mən heç kimin səmimiyyətinə inanmıram!", - deyə aparıcı gileylənib.