Xalq artisti Röya Ayxan ötən gün efirdə baş verən Əməkdar artist Nigar Şabanova və aparıcı Rövşanə Ağasəfqızı arasındakı qalmaqala münasibət bildirib.
Bu barədə müğənni OLAY-ın instaqram səhifəsində şərh yazıb. Pop ulduz sözügedən mübahisədə N. Şabanovanı haqlı hesab edib:
“Sizcə? Əlbəttə Nigar xanım haqlıdır. Öz sənəti barədə. Amma Rövşanə xanım iki sənəti qarışdırdı. Onu da bir kənara qoyduq, öz sənətçisini əzdi. Nə deyim vallah. Düzələn deyilik! O gərək deyərdi... Nə isə. Mən balaca idim, böyüdüm, siz yox”.
Qeyd edək ki, “Space səhər” verilişində Nigar şəxsi həyatı ilə bağlı yazılan xəbərlərdən gileylənib. R. Ağasəfqızı isə bütün məşhurların şəxsi həyatlarının izləyiciyə maraqlı olduğunu bildirərək Hülya Avşar, Sibel Can kimi sənətçilərin adını çəkib. Daha sonra “Siz Hülya Avşar deyilsiz” deyərək Şabanovaya reaksiya verib. Xanəndə isə Avşarın onun sənətinin yanında heç kim olduğunu söyləyib.