"Mən çox mehriban və hamı ilə ünsiyyət qurmağa bacaran biriyəm. Uşaqla uşaq, böyüklə böyük oluram. Tanınmışlığımdan ulduzluq xəstəliyinə tutulmamışam. Çünki mən sadə ailədə böyümüşəm. Amma etiraf edim ki, insanların mənə əl vurmağa çalışmasından narahat oluram".
Bu açıqlamanı sosial şəbəkə fenomeni Bayram Nurlu edib. Bayram deyir onu ən çox narahat edən kişilərin ona əl vurmasıdır:
"Hamı ilə şəkil çəkdirirəm. Kim istəyirsə, "məmnuniyyət" deyib, özüm yaxınlaşıram. Xanımlar daha mehribandırlar. Amma bəzi kişilər əl vurur. Bu məni çox narahat edir. Əsas da bunu evli, xanımı yanında olan bəylər edir. Onlara demək istəyirəm ki, xahiş edirəm şəkil çəkdirərkən mənə toxunmayın. Mən sıxılıram".