Morqenştern ləqəbi ilə tanınan rusiyalı reper Əlişer Tahiroviç qonorarını qaldırıb.
Axşam.az xəbər verir ki, reper xarici agent kimi tanındıqdan sonra 4 milyon yox, 8 milyon pul istəməyə başlayıb. Hazırda Dubayda yaşayan ifaçı eyni zamanda xüsusi tələbləri ilə də diqqət çəkib.
Onun 50 maddədən ibarət rayderində bunlar var: 6 cüt corab, eyni sayda şort, 30 şüş. pivə, şərab, araq, 12 illik köhnə viski, cinsi əlaqə üçün bəzi vasitələr. Gözləmə otağında onu və işçilərini hazır formada qəlyan gözləməlidir. Tütünün dadı isə əvvəlcədən müzakirə edilməlidir.
Konsertlərdə çıxış etmək üçün dəvət aldıqda isə təşkilatçılar qarşısına reper şərt qoyur. Buna görə də təşkilatçılar qonaqlara bildirir ki, reperə yaxnlaşmağa çalışan cərimələnəcək.