Müğənni Aysel Əlizadə ilk dəfə qazanc əldə etdiyi peşədən danışıb.
İfaçı "MTV xəbər"ə açıqlamasında anasına kömək etmək üçün gözəllik salonunda çalışdığını bildirib:
"Bir ara anama kömək etmək üçün salonların birində köməkçi işləmişəm. Həmin vaxt universitet məsələm var idi, anama yardım etməliydim. Yanımızda salon var idi, dedim ki, gedib işə düzəlim. Heç olmasa, nə qazansam dəstək olar. Salondakı xanımın da köməkçiyə ehtiyacı yox idi, amma ürəyi ağrımışdı, günə 1 manat verirdi. Saç kəsirdilər, süpürürdüm və 1 manat qazanırdım. O pul mənim üçün çox böyük məbləğ idi".