Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Övlad üçün oxunan mahnıda nə nöqsan olacaq?” - ETİRAZ ETDİ

“Övlad üçün oxunan mahnıda nə nöqsan olacaq?” - ETİRAZ ETDİ

Xəbər verdiyimiz kimi, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi zərərli vərdişlərdən istifadəni, tüfeyli həyat tərzini, mental dəyərlərimizə zidd olan davranışları təbliğ edən, aqressiv hərəkətlərə və özünəqəsdə sövq edən mahnıların siyahısını açıqlayıb. 
 

Siyahıda adı olanlardan biri də müğənni Şəbnəm Tovuzludur. İfaçının "Baldır balam" mahnısı "Mahnılarımız monitorinq aynasında" adlı kitabda yer alıb. 

Şəbnəm Axşam.az-a açıqlamasında buna etirazını bildirib. O deyib ki, övlada həsr edilən mahnının bu siyahıda yer almasını düzgün hesab etmir:

"Mahnımda elə bir şey yoxdur. Balanı əzizləmək üçün bir mahnıdır. Orada nə var ki? Mahnı seçəndə mən sözlərə fikir verirəm. Əsas sözdür. 50 faiz sözdürsə, 50 fazi də musiqidir. Musiqi də gözəl olmalıdır ki, qulağa yatsın. Məncə, mənim "Götürün badə içim, bəlkə silim adın dilindən" sözlərinin yer aldığı mahnımla bunu səhv salıblar. Övlad üçün oxunan mahnıda nə nöqsan olacaq? Badədən oxuyurlar, klip çəkirlər niyə ona baxmırlar?".