Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Vətənim 3 şəhid verdiyi ərəfədə doğum günümü düşünə bilmərəm" - Ayan

"Vətənim 3 şəhid verdiyi ərəfədə doğum günümü düşünə bilmərəm" - Ayan "Bu gün doğum günüm olsa da, Vətənim 3 şəhid verdiyi ərəfədə mən doğum günü nəinki qeyd edə bilərəm, heç bu barədə düşünə də bilmərəm.  Bir Allah bilir ki, Müdafiə Nazirliyinin yaydığı xəbərləri necə ürəkağrısı və həyəcanla oxuyurdum.  3 şəhidimiz var".   Bu sözləri müğənni Ayan Babakişiyeva instaqram hesabında yazıb. Bu gün ad günü olan sənətçi dostları ilə birlikdə planlaşdırdığı tədbiri təxirə salıb:   "Onlara Allahdan rəhmət, ailələrinə, doğmalarına səbr diləyirəm. Bu hisslər mənə yad, ögey olan bir hisslər deyil.  Bu gün mən, mənim əzizlərim, doğmalarım rahat yaşayırıqsa, bu Vətən keşiyində duran mərd oğulların, igid əsgərlərimizin sayəsindədir.  Düşmənlə üzbəüz duran hər bir hərbçimizin sağ-salamat evlərinə dönmələrini arzu edirəm.  Bu gün həm də Qədr gecəsidir. Ailəliklə birlikdə əsgərlərimiz üçün dualar edirik. Allah hər birinin yardımçısı olsun.  Doğum günümü təbrik edən hər kəsə isə minnətdarlığımı bildirirəm".