Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Rəşad Dağlı daha bir maddə ilə ittiham olunur

Rəşad Dağlı daha bir maddə ilə ittiham olunur

Bu gün Qəsdən adam öldürməyə görə tutulan tanınmış meyxanaçı Rəşad Dağlının (Əmirov) cinayət işi üzrə ilk məhkəmə iclası keçirilib. 

SHOWNEWS.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baxılan iş üzrə dövlət ittihamını prokuror Orxan Səmədov müdafiə edəcək.

Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, ilkin dinləmələr keçirilib.

Prosesdə məlum olub ki, Rəşad Dağlıya Cinayət Məcəlləsinin 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddəsi ilə də ittiham verilib.

Rəşad Dağlının vəkili Elvin Əliyev məhkəmənin qapalı keçirilməsi ilə bağlı vəsatət qaldırıb. Vəkil vəsatəti cinayət işinin matreallarında müvəkkilinin şəxsi və ailə sirləri ilə bağlı epzidlar olması ilə əlaqələndirib.

Məhkəmənin qapalı keçirilməsi ilə bağlı vəsatət rədd olunub.

İş üzrə baxış iclası mayın 1-ə təyin olunub.