Xalq artisti Brilliant Dadaşova paylaşımı ilə diqqət çəkib.
SHOWNEWS.AZ xəbər verir ki, sənətkar iki dəfə zinət əşyaları reklamına çəkilib, onları bəyənsə də almağa imkanı çatmayıb:
"20 il bundan öncə jurnal çəkilişlərində brilliant reklam etdim. Bəzi üzük və boyunbağı çox xoşuma gəlmişdi. Amma baha idi. Ala bilmədim. İndi yenə reklam etdim və baxdım ki, yenə ala bilmirəm. Gözəl olsa da, çox bahalıdır. Kim ala bilirsə, sağlığına, xoş günlərinə istifadə etsin, inşallah".