Xalq artisti Məleykə Əsədova 56-cı yaşını qeyd edib.
Aktrisa instaqramda ad günü ilə əlaqədar status paylaşıb:
“Bəli... Ömrünü səhnəyə həsr edən səhnənin Məleykəsi! 56 yaş tamam olur! Yaşımla fəxr edirəm. Allahın mənə bəxş etdiyi 56 illik ömrümə, aldığım nəfəsimə, atdığım hər addıma, Azərbaycan torpağında doğulduğuma, mərd, əqidəli atanın, gözəl ananın övladı olduğuma görə şükür edirəm! Bahar fəslinin yağışlı bir günündə, aprelin 23-də səhər saatlarında dünyaya göz açmışam!
Ömrümün 34 ilini səhnəmə həsr etmişəm. Arzularım çoxdur. Allah icazə versə arzularımın hamısına çataram! Çox sağ olun məni sevən, məni 34 ildir ki, səhnədə alqışlayan, sevimli tamaşaçılarım! Sizin alqışlarınız olmasa, Məleykə Əsədova olmazdı. Mənə bu istedadı verən Allahıma sonsuz şükürlər olsun”.