Türkiyəli aktrisa Hande Erçel bu dəfə xarici görünüşü ilə gündəmə gəlib.
Axşam.az xəbər verir ki, aktrisanın paylaşdığı fotoda ayaqları diqqət çəkib. İzləyicilər ayaq damarlarının kobud göründüyünü bildirib.
Handenin ünvanına "Ayaqları təkcə mənim diqqətimi çəkdi?", "Dost başa, düşmən ayağa baxar deyirlər. Anlaya bilmədim bu necə mümükündür", "Ayağına nə olub?" kimi şərhlər yazılıb.
Qeyd edək ki, Hande sonuncu dəfə "Sen Çal Kapımı" serialında rol alıb.