Sosial şəbəkə fenomeni Bayram Nurlu ilə izləyicisi arasında gərginlik yaşanıb. Buna səbəb isə izləyicisinin Bayramı uğursuz eşq həyatına görə Acun Ilıcalının keçmiş həyat yoldaşı Şeyma Subaşı ilə müqayisə etməsi olub. Bayram izləyicisinə od püskürüb:
"Mən onun-bunun, hansısa kişinin hesabına adam olmamışam. Mən öz gücümə, öz əziyyətimin hesabına Bayram olmuşam. Məni varlı kişilərin pulları ilə məşhurlaşan adamlarla müqayisə etməyin. Mən varlı-milyonçu kişilərlə eşq yaşayıb, pulları ilə gündəm olmuram".
Bayram uğursuz eşq həyatından da söhbət açıb:
"Mənim qəlbimi fəth edən adam dünyanın ən xoşbəxt adamıdır ki, mənim onu sevim. Mən sevəndə dəlicəsinə, vəhşicəsinə sevirəm. Ağına-bozuna baxmadan sevirəm. Sevdiyimə görə, göydən ulduzları onun ayağına səpərəm. Uğursuz sevgi deməzdim. Hər şeyin bir bitmə tarixi var. Eləcə də sevginin. İstifadə müddəti bitdiyi üçün ayrılıq olur. Yoxsa mənlik bir şey yoxdur. Sevgililərin çox imkanlı şəxslər olsa da, mənim heç birinin pulunda, imkanında gözüm olmayıb. Maşallah, camaata mən pul xərcləyirəm".
Qeyd edək ki, eks sevgilisinin atasının yaxını ilə eşq yaşayan Bayramın yeni sevgilisi "Formula 1" yarışlarını izləmək üçün Bakıda olsa da, fenomen hazırda Qaxdadır. Onların "Formula" yarışlarını birgə izləməyə gedəcəkləri deyilir.