Rusiyanın Xalq artisti Filipp Kirkorov Qazaxıstanda səhnə alarkən kolqotqada görünməsinə aydınlıq gətirib.
Axşam.az xəbər verir ki, ifaçı bunun rəqqasların günahı olduğunu deyib:
"Demək olar ki, 25 kiloqram arıqlamışam... Rəqqaslar rəqs nömrələri əsnasında şalvarımı dəyişməli idilər. Arıqladığım üçün şalvarla yanaşı altdakı şortiki də dartıb çıxarıblar. Təkcə kolqotqada qaldığımı biləndə dəhşətə gəldim. "İlahi, bura ki, müsəlman ölkəsidir!" deyə, düşündüm".