Azərbaycanın sosial şəbəkə fenomeni Bayram Nurlu Türkiyənin SHOW TV kanalına sevgilisi ilə dəvət alıb. Bayram ilk dəfə sevgilisi ilə kamera önünə çıxacaq.
SHOWNEWS.AZ xəbər verir ki, veriliş bu cümə efirə gedəcək.
Bayram çox həyəcanlı olduğunu bildirib:
"Sevgilimi qısqanıram. Bilirəm ki, hər kəs onun mənim sevgilim olduğunu bildikdən sonra ona maraq daha da artacaq. Çoxu ona yazacaq. Sevgilimi oğurlamağa çalışanların da az olmayacağını bilirəm. Ona görə heç vaxt sevgililərimi kamera önünə çıxarmamışam. Bu ilk olaraq. Etiraf edirəm ki, həyəcanlıyam".
Verilişdə qonaq olmaq üçün Bayram ən yaxşı dostu stilist Rəşad Əliyev ilə artıq İstanbuldadır.
Bayramın sevgilisi isə sabah Londandan İstanbula gələcək. Daha sonra cütlük birlikdə "Formula" yarışlarını izləmək üçün Bakıya dönəcək.