Müğənni Mina Hüseyn yeni münasibətə başladığı bəy haqda danışıb.
"Xəzər axşamı" verilişində qonaq olan ifaçı yeni sevgilisi ilə ailə qurmağa tələsmədiyini bildirib:
"Hələ ki, zamana buraxmışıq, tələsmək istəmirik. Ümumiyyətlə heç kimə tələsməyi tövsiyyə etmirəm. İnsan biri-birini tanımalıdır və daha sonra həyata addım atmalıdır. İkinci dəfə boşanma idarələrində qalmaqdan qorxuram. Yüz ölçüb bir biçmək lazımdır. Ona görə də axarına buraxmışıq".
Qeyd edək ki, ötən il Sərxan adlı şəxslə ailə quran Mina bir neçə ay sonra ondan boşanıb. İfaçı keçmiş həyat yoldaşını ona təzyiqlər göstərməkdə və yalan danışmaqda ittiham etmişdi.