Müğənni Nadir Qafarzadə oğlu Əziz Qafarzadədən şikayətlənib.
Milli.Az xəbər verir ki, MTV maqazin"ə danışan ifaçı Rusiya şou-biznesində fəaliyyət göstərən Əizizin işinə məsuliyyətlə yanaşmadığını bildirib.
Hətta Qafarzadə efirdən övladına başqa işlə məşğu olmasını da məsləhət görüb:
"Biraz tənbəldir. Mənim yaşımda olsa idi neynəyərdi? Səbirli deyil, mənfilərini qəbul etmək istəmir. Məsuliyyəti yoxdur. Bu sənətdə məsuliyyətli olmaq lazımdır. əgər sən o sosial şəbəkələrdə kamera qabağında oxuyurlar. Onlardan olacaqsansa get ol. Amma peşəkar musiqiçi olmaq istəyirsənsə sözə qulaq asmalısan. Əgər hamı kimi zəiflərdən olacaqsansa onda olma. Get özünə başqa iş tap!".