Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Əhvalı yerində olan Neslihan və Kadir BAKIDADIR

Əhvalı yerində olan Neslihan və Kadir BAKIDADIR

Xəyanət səbəbindən boşanacaqları iddia olunan məşhur cütlük Kadir Doğulu və Neslihan Atagül Azərbaycana yola düşüblər.
 

Bu barədə Türkiyənin “Sabah” nəşri məlumat yayıb.

İstanbul Hava Limanına gələn cütlük pasport yoxlanışından keçərkən görüntüləniblər. Onların axşam saatlarında İstanbuldan Bakıya gəldikləri deyilir.

Xatırladaq ki, bir neçə gün əvvəl Kadir Doğulunun sərxoş halda Alaçatıda restoranların birində bir xanımla səmimi görüntüləri yayılmışdı.  Baş verən hadisənin ardından aktirsa xəyanət iddialarına əhəmiyyət vermədiyini, ərinin “səs-küylü mühitdə normal söhbət etdiyini” söyləyib.

Qeyd edək ki, Kadir Doğulu və Neslihan Atagül 7 ildir ki, evlidir.