Meyxanaçı Pərviz Bülbülə kriminalla aləmlə bağlı göndərilən meyxana sifarişlərinə görə açıqlama yayıb.
Bu barədə o, instaqram səhifəsində paylaşım edib.
“İfa etdiyim meyxana və musiqili meyxanalarda cinayətkarlığı və kriminal aləmi eləcə də ayrı-ayrı kriminal həyat tərzi keçirən şəxsləri təbliğ etmək qanunla müəyyən olunmuş qaydada məsuliyyətə səbəb olduğundan, bu kimi müraciət və sifarişlərin tələb olunması qanuna müvafiq deyil! Əks halda cinayət məsuliyyətinə cəlb olunacağımı nəzərə alaraq bu kimi sifarişlərin dayandırılmasını xahiş edirəm”, - deyə, Pərviz bildirib.