Müğənni Xatun Əliyeva oğlu Adilin toyunda restoranın pulunu Əməkdar artist Vasif Məhərrəmlinin ödədiyini açıqlayıb.
Axşam.az xəbər verir ki, sənətçi bu haqda "Həmin Zaur" verilişində danışıb. O bildirib ki, Məhərrəmli çətin günündə ona maddi yardım edib:
"Heç sevmirəm ki, toydan sonra durub zərfləri açırsan, pul hesablayırsan. Vaxtı alır. Neçə gün ürəyimdə deyirdim ki, kimə zəng vurum mənə pul versin? Vasif zəng etdi ki, kimi danışdın, nə etdin, Adil hansı müğənnini istəyir? Vasif dedi ki, üstümdə pul gətirəcəyəm, biz restoranın pulunu ödəyək, sən mənə qaytararsan. Oturub ağladım. Neçə gün bunu istəyirdim, Vasif etdi. Toylar azalıb, əvvəlki gəlir deyil".
Qeyd edək ki, Adil Gülnar adlı xanımla ailə həyatı qurub.