Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Bu gün Azərbaycan təmsilçiləri “Eurovision”da ÇIXIŞ EDƏCƏK

Bu gün Azərbaycan təmsilçiləri “Eurovision”da ÇIXIŞ EDƏCƏK

Bu gün “Avroviziya” mahnı müsabiqəsinin birinci yarımfinalı keçiriləcək. 

67-ci dəfə keçirilən yarışma Liverpulda olacaq. 

Bu gün 15 ölkə səhnəyə çıxacaq. Onlar arasında Azərbaycanı təmsil edən  Tural və Turan Bağmanov qardaşları da yer alacaq. Əkizlər 12-ci nömrə altında səhnəyə çıxacaqlar. 

Axşam səhnəyə çıxacaq digər ölkələr isə Norveç, Malta, Serbiya, Latviya, Portuqaliya, İrlandiya, Xorvatiya, İsveçrə, İsrail, Moldova, İsveç, Çexiya, Niderland və Finlandiyadır. 

Səsvermə mayın 9-da canlı konsert zamanı açıq olacaq.

Qeyd edək ki, bu il Ukrayna adından Britaniyanın Liverpul şəhərində keçirilən müsabiqənin növbəti yarımfinal 11 mayda, final isə mayın 13-də keçiriləcək. Azərbaycanı Tural və Turan Bağmanov qardaşları “Tell me more” mahnısı ilə təmsil edəcək.