Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Qadın 30 yaşına qədər ailə qurmalı və ana olmalıdır"

"Qadın 30 yaşına qədər ailə qurmalı və ana olmalıdır"

"Ana və atamın qorxusundan hər dəfə deyirdim ki, ailə quracağam. Amma sənəti atacağımı düşünməmişdim. Ceyhunla tanış olanda 20 yaşım var idi. 2033-cü ildən sevgili olduq. 6 il sevgili olaraq qaldıq".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni İradə İbrahimova "Zaurla Günaydın" verilişində deyib. Türkiyə vətəndaşı Ceyhun İzerlə ailəli olan ifaçı 6 il sevgili olduqlarını deyib:

"Fədakarlıq etdim. Ən pik nöqtəsində səhnəni qoydum. Hərdən əsəbiləşirəm ki, bilsəydim səninlə ailə quracağıq vaxtında edərdik, indi uşaqlarımız böyük idi. Qoca vaxtımda ana oldum. 35 yaşımda ikinci övladım dünyaya gəldi. Qadın 30 yaşa qədər ailə qurmaq və ana olmaq işlərini bitirməlidir. Köhnəfikirliyəm".

Qeyd edək ki, İradənin Əli və İpək adlı iki övladı var.