Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Reklam siması olmaq üçün 20 milyon dollar aldı - TARİXDƏ İLK

Reklam siması olmaq üçün 20 milyon dollar aldı - TARİXDƏ İLK

Hollivud ulduzu Coni Depp yeni reklam təklifi ilə rekorda imza atıb.

Axşam.az xəbər verir ki, "Dior" brendi aktyorla yeni müqavilə imzalayıb. Onlar bunun qarşılığında Deppə 20 milyon dollardan çox qonorar ödəyəcəklər. Bu, hal-hazırda tarixdə ən bahalı kişi ətri müqaviləsidir. İlk üçlükdə yer alan digər iki yer Robert Pattinson və Bred Pittə məxsusdur: "Dior" Robertə 12 milyon ödəyib, "Chanel" isə Bredə 7 milyon dollar verib.

Son günlər işində və qazancında geriləyən Deppin "Dior" şirkəti ilə xüsusi əlaqəsi var. Amber Heard ilə məhkəməyə görə film şirkətləri və markalar ondan üz çevirdilər. Məhkəmə prosesinin əvvəlindən sonuna kimi fransız moda evi ulduzu dəstəkləyib. Siması Conni olan "Sauvage" ətirlərinə tələbat ikiqat artdı və onu dünyada ikinci ən populyar ətir edib.