Şəbnəm Tovuzlunun şəxsi həyatı haqda qalmaqallı xəbərlər yayılıb.
Xəbərçi.az xəbər verir ki, müğənninin həyat yoldaşının ilk ailəsindən olan oğlu İlknurun adından "Tik-Tok" sosial şəbəkəsində paylaşım edilib. Və xəbərdə deyilənlərə görə, guya Şəbnəm Tovuzlu və Hacı Rafiq ailəli deyil.
Mövzu ilə bağlı Xəbərçi.az Hacı Rafiqdən açıqlama alıb. O, müğənni ilə evli olduğunu bildirib:
"Şəbnəm Tovuzlu mənim həyat yoldaşımdı. Artıq söhbət ola bilməz. Bunu illərdi hər kəs belə bilir. Mənim oğlum elə söz deməz. İnanmıram. Hər iksi də balamdı, canımdı, qanımdı”.