Türkiyədə yaşayan azərbaycanlı modelin oğlu ilə birgə barmaqlarından ürək işarəsi verməsi Azərbaycan mediasında birmənalı qarşılanmayıb. Günayın bu işarə ilə Kamal Kılınçdaroğlunu dəstəkliyi yazılıb.
Mövzu ilə əlaqədar SHOWNEWS.AZ hazırda Dubayda tətil edən model ilə əlaqə saxlayıb. Haqqında yazılan xəbərdən Günay təəccübünü gizlətməyib:
"Bu gün analar günüdür. Mən də oğlumla sevgi mesajı vermişik. Xahiş edirəm adımı bu cür mövzularda hallandırmayın. Bunun Kılınçdaroğlu ilə nə əlaqəsi? Silin bu xəbərləri. Məni bu cür çirkin xəbərlərdə manşet etməyin. Mən heç vaxt siyasətlə məşğul olmamışam. Bundan sonra da siyasətə qarışmaq kimi məqsədim yoxdur".