Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Tərbiyəm şükür Allaha yerindədir” Səmradan SƏRT SÖZLƏR

“Tərbiyəm şükür Allaha yerindədir” Səmradan SƏRT SÖZLƏR

Müğənni Səmra Rəhimli qalmaqallı açıqlamalar verib.

OLAY yazır ki, sənətçi “Şou xəbər”ə geyim və tərbiyə ilə bağlı danışıb.

Səmra bundan başqa, şou-biznesin bəzi nümayəndələrinə də söz atıb: 

“Geyimlə tərbiyə və mədəniyyət ölçülmür. Mən buna qarşıyam. Geyimlə əxlaqı eyni səviyyəyə qoymaq lazım deyil. Çünki insanın əxlaqı onun vicdanı, tərbiyəsidir. Məsum görünüb, amma olduğunu kimi görünməyən insanlar var. Şükür Allaha ki, neçə ildir səhnədəyəm və hələ ki, Səmra haqqında heç bir artıq-əskik söz olmayıb.

Tərbiyəm də Şükür Allaha yerindədir. Səmra Səmradır, olduğu kimidir. Özümü başqa biri kimi göstərməyə çalışmıram. İmic, janr dəyişmək də olar. Hər gün fərqli fotosessiya, kliplər çəkdirmək də olar. Ancaq içində o olmayandan sonra?!”.

İfaçı sənətdə dostunun olub-olmaması barədə verilən suala bu cür cavab verib:

“Dostluq mənim üçün çox ağır yüklü sözdür. Çünki hər kəslə dost ola bilməzsən. Dost anam və bacımdır. İstəmirəm kimsə gözümdən düşsün. Sərhədi keçəndən sonra hər kəsin iç üzü sənə xoş gəlmir axı. Hamının hörmətini saxlayıram, amma pərdəni də qoruyuram”.