"Əslində tətil bir bəhanə, sevgilimlə baş-başa, qol-qola, yan-yana olmaqdan doymuram. Məni çox əzizləyir. Hətta ərköyün edir. 4-cü dəfədir yeni sevgilimlə tətilə çıxıram. Hər dəfəsində 50 min dollar xərcləyir. Mən onsuz lüks sevirəm. O, məndən də artığını sevir".
Bu açıqlamanı sosial şəbəkə fenomeni Bayram Nurlu edib. Bayram deyir ki, onu xoşbəxt edən sevgilisinin anası ilə rəfiqə olmasıdır:
"Öncəki sevgilimin qaynatası ilə yaşadığım uğursuz münasibətindən sonra bu sevgilimin atası ilə münasibətimi demək olar sıfıra endirdim. İndi qaynanamla rəfiqəyik. Çox mədəni, kübar xanımdır. Məni də çox sevir. Məni tanımazdan öncə də fanatım olub. Hətta mənə saysız mesajlar yazıbmış. Real tanışlıqdan sonra instagramda mənə yazdığı sevgi mesajlarını göstərdi. İnanıram ki, bu sevgim münasibətim uğurlu olacaq".