Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Təhqir etdiyi şəxsi DİN-ə şikayət etdi - “Bezmişəm”

Təhqir etdiyi şəxsi DİN-ə şikayət etdi - “Bezmişəm”

Müğənni Luna onu təhqir edən izləyicisindən Daxili İşlər Nazirliyinə şikayət edib. 

 

SHOWNEWS.AZ-a danışan sənətçi “Tik-Tok” sosial şəbəkəsində onu insanların təhqir etməsinə sövq edən Mədətxan adlı istifadəçidən şikayətçi olduğunu dilə gətirib:

 

“Daha əvvəllər də belə videolar çəkdi. Ciddiyə almadım. Amma gördüm önəm vermədikcə bu adamın ayağı yer alır. Sonradan artıq adımı çəkməsə də, mahnılarımı, geyimlərim, yaşam məkanıma istiqamət yönəldərək, təhqiramiz ifadələrlə şərəf və ləyaqətimi alçaldıb. Daha sonra saxta hesablar açaraq, öz əməlini daha da genişləndirdi”.

 

Müğənni iddia edir ki, həmin şəxs onun videolarını təhrif edərək, insanların gözündən salmağa və təhqir etməyə sövq edir:

 

“Mənim canlılarımda işlətdiyim fikirlərimi konteksdən çıxardıb, təhrif olunmuş formada guya mən ləzgiləri təhqir edirmiş kimi yayımlayır. Mənim hüquq-mühafizə orqanlarının əməkdaşlarının bu məsələni araşdıracağına inanıram”.

 

Luna məsələ ilə bağlı Bakı Şəhər Baş Prokurorluğuna, Daxili İşlər Nazirliyinə şikayət etdiyini bildirib.