Aparıcı-prodüser Tarix Əliyevin (Tolik) adından dələduzluq edilib.
Bu haqda Tolik özü məlumat yayıb. O bildirib ki, aparıcısı olduğu verilişə görə insanları aldadıb pul yığıblar:
"Sosial şəbəkələrdə bir qrup insanlar əsas da xəstə uşaqların valideynlərini aldadaraq onlardan mənim lahiyə rəhbəri olduğum "Ümid ilə gəl" verilişinə çıxmaq üçün külli miqdarda pul istəyiblər. Bəzi valideynlər çarəsizlikdən onlara inanıb pul vermək istəyir ki, təki Tolikin verilişinə çıxaq, uşağımızın dərdini kütləyə çatdırıb pul yığaq.
Bu, yalandır və sağ olsun polis həmin şəxsi müəyyənləşdirdi. Hazırda istintaq gedir. Buradan bir daha deyirəm, bizim verilişə heç bir ödəniş olunmur. Xəstə uşaqlar üçün verilişdə pul yığmıram. Ona görə də belə hallara inanmayın".