SHOWNEWS.AZ xəbər verir ki, Babayevanın "müsabiqə iştirakçılarının güclü səsinin olması vacib deyil, 3-4 notluq səs imkanlarının olması bəsdir" deməsi, Rəhimliyə xoş gəlməyib və o, qarşı tərəfə cavab verməyi özünə borc bilib.
Bu haqda "ATV Maqazin onlarla" verilişinə danışan Rəhimli qarşı tərəfi günahkar çıxardıb:
"Bu səhv fikirdir. Bu sözlər bizi seçənlərə qarşı hörmətsizlikdir. Yəqin bəzilərinə səs lazım deyil. Bizə yüzlərlə insanlar səs verir. Çoxlu ölkələr bizə baxır. Mən onun fikri ilə razı deyiləm".