Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Erdoğan prezident seçilməsinə Brilliant Dadaşovadan REAKSİYA

Erdoğan prezident seçilməsinə Brilliant Dadaşovadan REAKSİYA

Azərbaycanın Xalq artisti Brilliant Dadaşova Rəcəb Tayyib Ərdoğanın növbəti dəfə Türkiyə prezidenti seçilməsinə münasibət bildirib.

 

B.Dadaşova Pravda.az-a açıqlamasında Ərdoğanın seçkilərdə qalib gəlməsini belə şərh edib:

 

“Xeyirli olsun. Bəzi insanların düşündüyü və təbliğ etdiyi kimi, Qarabağın müqəddəratını cənab Ərdoğan həll etmir. Qarabağ bizim Ali Baş Komandanımız cənab İlham Əliyevin düzgün siyasəti, yüksək bilgisi, şəxsi bacarığı, dünya görüşü, onun müzəffər Ordusu sayəsində işğaldan azad edilib. Dünyada az prezident olar ki, aldığı savad və intellekti bizim Prezidentimiz səviyyəsində olsun. Türkiyə rəhbərliyinə kim gəlsə, bizim üçün göz üstündə yeri var. Fərq etməz, hamısı qardaşlarımızdır”.