"Miss Azerbaijan 2017"nin qalibi Raziyyat Əliyeva (Razi Əliyeva) polisə müraciət edib.
Buna səbəb bloger-modelin şiddətə məruz qalması olub. O, illərdir sevgili olduğu Ziya adlı şəxs tərəfindən döyüldüyünü bildirib. Buna səbəb isə Razinin ondan ayrılmaq istəməsi olub.
Blogerin sözlərinə görə, ona tanımadığı nömrələrdən zəng gəlməyə başladıqdan sonra Ziya ona günlərlə əziyyət verib.
Bundan başqa, bloger həmin şəxsin onları barışdırmaq üçün anasını da narahat etdiyini deyib. O, anasının mənzilindən fotolar paylaşaraq Ziyanı onu anasının evindən çıxartmaq üçün qapını qırmağa çalışdığını bildirib.
"Günlərlə bağlı qapı arxasında saxladı, döydü. Mənə evlilik təklifi edib başqasıyla ailə qurdu. Qorxurdum, ona görə susurdum. Məni və yaxın ətrafımı, rəfiqələrimi təhdid edir. Xahiş edirəm, biz təhlükədəyik. Biz öz evlərimizə girə bilmirik. Günlərdir yemək belə yeyə bilmirik. Məni və ətrafımı ölümlə təhdid edir. İnsanların ailəsini dağıdır" deyə, o, paylaşımında yazıb.