“Deyəndə ki, “a bala, səhv edirsən, səhv yoldan gedirsən”. Şiddətdir bu? Şiddət və tərbiyə başqa-başqa şeylərdir”.
Bu sözləri Əməkdar artist Elnarə Abdullayeva “13 sual” verilişində qonaq olarkən deyib. Xanəndə uşaq tərbiyə etməkdən söhbət açarkən bildirib ki, hisslərlə ailə qurmaq düzgün deyil:
“Hamı Elnarə Abdullayeva deyil. Gənclər səhv buraxmasın. Səhvim odur qolu, başı, ayağı açıq gəzirəm. Bir xanım, qız, böyük, ana kimi səhv edən adam deyiləm. Anadangəlmə beləyəm. Mən cavan olmamışam. Oğlan sevməmişəm, heç kimlə danışmamışam. Xarakterim belədir. Məntiqlə, ağılla, imanla və vicdanla ailə qurarlar. Hisslərlə ailə qurmazlar.
Bu gün hissi ilə ailə quran 90 faiz insan boşanır. Hər yoldan keçəni almazlar. Hər istənən qapıya getməzlər. Deyirlər “Yox, sənin ixtiyarın yoxdur”. Bədbəxt olandan sonra mənə oğul, qız gətirib verəcəksiniz? Efirlərdə, televiziyalarda danışanlaradır sözüm. Siz öz işinizlə məşğul olun. Mən bilirəm ailədə tərbiyəni necə vermək lazımdır. Nöqtə”.