“Son bir ildir ki, Razini görmüsünüz? Razi bir həftədir bilir ki, oğlan evlidir. Bunu biləndən sonra ondan qaçıb. Sonra oğlan anasının qapısına gəlib dağıdır. Razi deyir ki, barışıq mümkün deyil. Bu da acığa düşüb videoları yayır”.
OLAY yazır ki, bu sözləri aktrisa Pərvin Abıyeva model Razi Əliyevanın şiddətə məruz qalması barədə iddialara münasibət bildirib. O, TikTok-da canlı açaraq deyib ki, Razi sevgilisinin evli olduğunu son bir həftədə öyrənib:
“Özü ilə birgə qızı Amsterdama aparıb. Orada özün narkotik çəkirsən, amma elə çəkirsən ki, guya bunu edən Razidir. Guya, kişinin oğlu material yığır ki, ayrılanda şantaj etsin? Özünü biabır etdin, şəklin ortalığa çıxdı. Özünlə bərabər ailən də biabır oldu. Guya Raziyə nə oldu ki?
Raziyə başımla cavabdehəm. O qız həyatı boyu narkotikin yanından belə keçməyib. İnsanı döymək, əsarətdə saxlamaq, göm-göy etmək, üzünü-burnunu dağıtmaq? Kiminsə dünyaya gətirdiyi övladını sən necə belə döyə bilərsən? Ailə qururdu deyə, heç yerə çağırmırdıq. Oğlan da icazə vermirdi. Bütün günü Razini döyüb, küncə qoyub. Qızın sifəti “it günündə”dir. Razi ictimaiyyət arasına neçə çıxmalı idi ki?
Burada heç bir xəyanətdən söhbət getmir. Razi heç zaman ictimaiyyət və cəmiyyət içində özünü əxlaqsız, tərbiyəsiz, hörmətsiz, səviyyəsiz kimi apamayıb”.