Xalq artisti Afaq Bəşirqızı "Söhbət var" proqramında qonaq olub.
SHOWNEWS.AZ xəbər verir ki, aktrisa Qarabağla bağlı arzusunu bölüşüb:
"Dostlarımla birlikdə əhd etmişəm ki, ayaqyalın Cıdır düzünə qalxacağıq. Arzum odur ki, bunu edim. Qalxacam, məndə o əzim var. Üzümü o torpağı zəbt edilənlərə tutub deyəcəm ki, sizə qaçkın və köçkün dediyimiz üçün bizi bağışlayın".