Xalq artisti Brilliant Dadaşova illər əvvəl başına gələn hadisə haqda "El canlı" verilişində qonaq olarkən söhbət açıb.
Xalq artisti bildirib ki, həyat yoldaşı Ədalət Hacıyevi başqa xanımla gördünüyünə görə özünü öldürmək istəyib:
“Vaxt var idi, Ədalətə görə özümü öldürmək istəmişəm. Zulya (Zülfiyyə Xanbabayeva -red) dedi ki, sənə dərman verəcəm, içib ölərsən. Dörd ədəd verdilər. Düşündüm ki, qara rəngdədirsə, 100 faiz məni bu dərmanlar öldürəcək. Oturdum avtomobildə, fikirləşdim ki, özümü burada öldürüm. Evdə etsəm, nənəm qorxar. Bu dərmanları içdim amma gördüm ki, ölmürəm.
Bir-iki saatdan sonra gedib soruşuram ki, “Bu nə idi mənə verdiz, içdim, ölmədim? Söylədilər ki, həzm dərmanı... Ədaləti bir qızla görmüşdüm. Dedim ki, özümü öldürəcəm. O da mənə gülüb demişdi ki, dəlisən, məndən xahiş etmişdilər ki, qonşumuzun qızıdı, onu aparım”.
Qeyd edək ki, Ədalət Hacıyev Səməd Vurğun adına Akademik Rus Dram teatrının direktorudur.