Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Ermənipərəstin qızına Bakıda konsert edirik” - ETİRAZ ETDİ

“Ermənipərəstin qızına Bakıda konsert edirik” - ETİRAZ ETDİ

Müğənni- bəstəkar Murad Arif rus aktyor və aparıcı  Vitali Qoqunskinin qızı Milana Starın Bakıda konsertinin keçirilməsinə etiraz edib.

OLAY yazır ki, buna səbəb isə 44 günlük Vətən Müharibəsi ərzində Vitalinin erməniləri dəstəkləməsi olub. O, bunu öz şəxsi instaqram səhifəsində paylaşıb. 

“Rus aktyoru, ermənipərəst Qoqunski, 44 günlük müharibədə dayanmadı, Martirosyan, Qalustyan demədi, bütün ermənilərin səhifələrində yatdı, erməni xalqının dərdinə ağladı, dünyanı “vəhşi azərbaycanlıların” zülmünə stop deməyə çağırdı. Azərbaycanlılar da həmişəki kimi həmin Qoqunskinin balası Milanaya qucağını açıb, ona konsert təşkil edir. Xasiyyətsizliyimizin həddi-hüdudu varmı?”- deyə sənətçi bildirib. 

Qeyd edək ki, Milananın konserti 14 iyunda Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının Konsert salonunda  baş tutacaq.