Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Onları səhnəyə ilk dəfə mən çıxartmışam" - Elgiz Əkbər

"Onları səhnəyə ilk dəfə mən çıxartmışam" - Elgiz Əkbər

Aparıcı Elgiz Əkbər bir çox tanınmış müğənnini ilk dəfə özünün efirə çıxartdığını deyib.

Axşam.az xəbər verir ki, aparıcı həmin ifaçılardan bir neçəsinin adını da açıqlayıb. 

"İndi meydanda bir çox tanınan müğənnilər var ki, onları mən efirə çıxartmışam. Dəqiq bilirəm ki, hansı müğənniləri ilk dəfə səhnəyə mən çıxartmışam. Biri də ölkəmizi "Avroviziya"da təmsil edən Elnurdur... Təəssadüfən bir məkana getmişdim, Elnur Hüseynov orada çıxış etdi. Elə bildim ki, hansısa xarici müğənni oxuyur, o da ağzını tərpədir. Gördüm istedadlı oğlandır, sonra görüşdük, söhbət etdik. İndi Elnur görün haralardadır" deyə, Elgiz əlavə edib. 

O bildirib ki, Şəbnəm Tovuzlunu da ilk dəfə efirə o, çıxardıb:

"Aytac Vidadiqızını da ilk dəfə mən təqdim etmişəm. Nərmin Kərimbəyovanı da ilk mən verilişimə çıxartmışam. Ondan əvvəl yarışmaya çıxmışdı, amma verilişə yox. Mənim verilişimdən sonra da tanındı".