Türkiyəli müğənni Yıldız Tilbe imicində dəyişiklik edib.
Axşam.az xəbər verir ki, saçlarını qısa kəsdirən ifaçı görüntüləri sosial media hesabında paylaşaraq "Əsgərlik dostum" şərhini yazıb. Bir müddət əvvəl saçlarının yandığını və onları qısa kəsdirmək məcburiyyətində qaldığını deyən Tilbe ilk dəfə görünüşünü izləyiciləri ilə bölüşüb.
İzləyicilər müğənninin yeni görünüşünə təəccüblənsələr də "Saçların canlanacaq, belə də pis deyil", "Saçların tez uzanacaq və daha gözəl olacaq. Qısa saçlı da gözəlsən" deyə, şərhlər yazaraq ona dəstək olublar.