Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Küçə qadınlarına bahalı hədiyyələr verənləri araşdırsınlar"

"Küçə qadınlarına bahalı hədiyyələr verənləri araşdırsınlar"

Ötən gün Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbinin ibtidai sinif müəllimi Yaqut Ağamalıyevaya qızıl alınması müzakirələrə səbəb olub.

 

AZXEBER.COM xəbər verir ki, sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayan hədiyyə müzakirələrə səbəb olub.

 

Şair Nazilə Səfərli müəllimlə bağlı paylaşıma reaksiya verib. O, müəllimə haqq qazandıraraq, müəllimə verilən hədiyyəni deyil, küçə qadınlarına verilən hədiyyələrin araşdırılması lazım olduğunu bildirib:

 

"Yazıq müəllimlər… Küçə qadınlarına ən bahalı hədiyyələr verənləri araşdırsınlar. Bu müəllimin özəl günününə alınıb. Nə alsın, qaloş?! Müəllimə yaxşı şeylər niyə qadağandır? Qızılın qabından da çox bahalı olmadığı görünür. Lap 1000 manat düşünək, çoxdur ki? Ömrü gedib yazıq müəllimin".