Aparıcı Lalə Azərtaşın qızı Gülarə məzun olub.
Bu haqda aparıcı özü paylaşım edib. Övladının birinci və 11-ci sinifdən olan şəklini yayımlayan Lalə bunları yazıb:
“Gülarəmlə “İlk zəng” və “Son zəng” günlərimiz… 11 ilə çox şey dəyişib. Növbəti 11 il üçün də yaxşıca bünövrə qoyulub. Sizinlə birlikdə göydələn tikəcəyik bu bünövrə üstündə. Hər daşı daş üstə qoyunca, Azərbaycan adlı məmləkətlə döyünəcək ürəklərimiz. Hər birinizi bağrıma basır, yolunuz açıq olsun deyirəm, əziz balalarım”.
Qeyd edlk ki, L.Azərtaşın 2 qız övladı var.