Məşhur bloger Hüsey Həsənovun instaqramda yayımladığı video tənqid edilib.
Bloger şəhərin mərkəzində çərəz satan qadına 100 manat verərək, satdıqlarının hamısını alıb. Həmin anın videosunu isə çəkərək instaqramında yayımlayıb.
Hüseynin bu addımı tənqid edilib. O, ünvanına yazılan "Kamera üçün olsa da, yaxşılıq etmək əladır" sözləri yayımlayaraq belə cavab verib:
"Bütün bunların lentə alınmasına səbəb başqalarını da motivasiya etməkdir. Növbəti dəfə başqa bir gənc xanımın yanından keçəndə eynisini edəcək. Nənələr və bir çoxları həyatları üçün bu cür çalışırlar. Onlar bu formada oturmamalıdırlar".