Müğənni Günel Ələkbərovanın anasının səhhəti pisləşib.
SHOWNEWS.AZ-ın əldə etdiyi məlumata görə, sənətçinin anası Bibixanım Əhmədova bu gün Milli Ongologiya Mərkəzinə yerləşdirilib.
Müğənninin özü ilə əlaqə saxladıq. Günel məlumatı təstiq etdi və anası ilə birlikdə xəstəxanada qaldığını açıqladı:
"Allah bütün valideynlərə şəfa versin. Bir övlad kimi anamın yanındayam. Gecəni də anamla xəstəxanada qalacağam. Ona ağır iynələr vurulur. Düzdür, burada bütün xəstələr kimi anama da xüsusi diqqət və qayğı göstərirlər. Milli Onkologiya Mərkəzində bütün tibb işçilərindən, başda isə Azad Kərimliyə sonsuz təşəkkürümü bildirirəm".
Qeyd edək ki, Günel Ələkbərova 7 ilə yaxındır ki, onkoloji xəstəlikdən əziyyət çəkən uşaqların müalicəsi üçün yardımlar edir.