Aparıcı Günay Yelmarqızı "Bolt" taksi şirkətindən şikayətlənib.
Aparıcı işə gedərkən mindiyi taksidə başına gələn hadisəni bölüşüb. O bildirib ki, sürücü ona qarşı kobudluq edib və maşını üstünə sürüb:
"Bolt"la işə gəlirəm. 4 manat gediş haqqı yazıb. ATV-yə çatanda 5 manat verdim. Dedim zəhmət olmasa 4 manat çıxın. Sürücünün xoşuna gəmədi nəsə. Başladı kobudluq etməyə. Nə qədər çıxmalı idim ki? Deyirəm, 4 manat yazıb. Deyir, bilirəm də 4 manatdır. Görmürəm? Düzü, bu hikkəni anlamadım. Adətən hansısa məbləği uzadırıq və deyirik filan qədər çıxın. Bu cür insanlarla uzun deyişmədən də qaçdığım üçün söhbəti uzatmadım.
Düşdüm və dedim ki, bu nə danışıq tərzidir? Belə xidmət olmur. Maşının arxasından keçdiyimi bilə-bilə üzərimə sürdü. Maşını vururam ki, nə edirsiz, arxadan keçirəm. Yenə dayanmır. ATV mühafizə xidməti belə bunu hiss etdi və çıxıb irad bildirdi. Ondan sonra başlayıb mənə qışqırıb günahkar çıxartmağa, mühafizə xidməti ilə dilləşməyə. Baxdım və düşündüm ki, bu adamın ən böyük cəzası elə bu tərbiyədə və xarakterdə olmağıdır. Ona görə nömrəsin paylaşıb şikayət etmədim. Onu qurban edirəm içimdəki insanlıq duyğusuna. Sadəcə, bölüşürəm nümunə olsun başqa sürücülərə.
Adətən ödənişi hər zaman tam verirəm. Heç vaxt qəpik qalığı almıram. Hətta 3 manat 5 qəpik və ya 10 qəpik olsa belə 4 manat ödəyirəm. Amma görünən odur ki, bəziləri buna layiq deyil".