Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

8 aylıq körpəsi ilə qətlə yetirilən Leyla BDU-nun tələbəsi imiş...

8 aylıq körpəsi ilə qətlə yetirilən Leyla BDU-nun tələbəsi imiş...

Ötən gün Abşeronda əri tərəfindən qətlə yetirilən Hüseynli Leylanın tələbə olduğu müəyyənləşib.

“Qafqazinfo”nun məlumatına görə, 20 yaşlı Leyla Bakı Dövlət Universitetinin üçüncü kurs tələbəsi olub.

O, Biologiya müəllimliyi ixtisası üzrə təhsil alırmış.

Qeyd edək ki, hadisə ötən gün Abşeron rayonu Qobu qəsəbəsində baş verib. 1993-cü il təvəllüdlü Hüseynli Fərid Leyla ilə yanaşı, 8 aylıq qızını da öldürüb, daha sonra özünə xəsarət yetirib.