Bloger Aysel Şükür iddia edir ki, keçmiş həyat yoldaşından ödənilməli olan alimenti ala bilmir.
OLAY yazır ki, o, bu barədə instaqram hesabında məlumat yayıb. A. Şükür qeyd edib ki, Nərimanov rayon icra şöbəsinin məsələyə ciddi yanaşmır:
“Emil Zeynalov adlı şəxs mənim uşağımın 2 min manatını ala bilmir. Heç telefonumu da götürmür. Artıq illərdir ki, bu, davam edir. Hər dəfə əsəb, stress çəkirəm. Yorulmuşam… Neçə ayların borcudur. Mən şikayətimi kimə edim? Artıq icraçılar gəzməkdən bezmişəm”.
Bloger daha sonra ikinci postunu paylaşaraq Nəsimi rayon icra şöbəsində çalışan Murad Xudaverdiyevin Votsapda onu qara siyahıya atdığını qeyd edib:
“İcra məmuru niyə işini görə bilmir? Niyə maaş alır? İcra məmuru bizi niyə “iqnor”a atmalıdı? Bunların qızına belə etsələr xoş olar?”
Qeyd edək ki, A. Şükür birinci nikahı Elşən Əsgərli ilə olub. Onların bu nikahdan Uğur adlı bir oğlan övladı dünyaya gəlib.