Xəbər verdiyimiz kimi, müğənni Günel Ələkbərovanın anası Milli Onkologiya Mərkəzində müalicə alır. Bir neçə gündür anası ilə birlikdə xəstəxanada qalan sənətçi hər kəsdən anası üçün dua etmələrini xahiş edib:
"Anama ağır iynələr vururlar. Kimyəvi terapiya alır. Heç kəsə bura düşməyi arzu etmirəm və bütün xəstələrə Allahdan şəfa diləyirəm. Göydə Allah, yerdə buranın həkimlərindən yapışmışam. Başda da Azad Kərimli olmaqla bütün tibb işçilərindən çox razıyam. Anama çox diqqət və qayğı göstərirlər. Hər kəsdən bir xahişim var, anam üçan dua edin. Anamın dualarınıza ehtiyacı var".