Aktrisa Nərgiz Əliyeva geyimlərindən danışıb.
OLAY yazır ki, o, bu barədə “Şans var” proqramında söz açıb.
“Geyinməyi çox sevirəm. Mənim üçün birinci geyimdir, sonra yemək. 5 manata paltar alaram, amma ac qalaram. Öz biznesim, yəni moda evim var. Çox vaxt özümə tikə bilmərəm. Əgər tiksək, ayaqqabı, çantaya çox pulum gedir. Ayaqqabım ucuzdur, 1000 dollar olar. Xeyir-şər ayaqqabımdır. 100 manata ayaqqabı alacam, bir il çəkməyəcək. Keyfiyyətsiz olur”,- deyə N. Əliyeva qeyd edib.