Əməkdar artist Lalə Məmmədova son günlər müzakirələrə səbəb olan estetiklərindən danışıb.
Axşam.az xəbər verir ki, müğənni "Şənbə sevinci" radio proqramında qonaq olub. O, etdirdiyi estetik əməliyyatların nəticələrindən razı olduğunu vurğulayıb:
"Əslində efirə çıxmağıma tezdir. Lakin elə tədbirlər var ki, gedirəm. Bu, olunmalı olan əməliyyat idi. Və bunu etdim. Kiçik toxunuşlar idi. Öz simam qalmaq şərti ilə məni narahat edən bəzi məqamları aradan götürdük. Bu dəfə ürəyimcə olan nəticəni gördüm. Mənim problemim nə idi? Yaşla əlaqədar qaş yerindən oynayır, bir tərəfi düşür. Kosmitoloqlara da gedən kimi dolğu vururlar. O dolğulardan elə qorxuram ki, heç anamdan o cür qorxmuram. Simamın deformasiyaya uğramış qocalığı gəlirdi gözümün qabağına. Qorxurdum ki, bu dolğuları edirlər, 5-10 ilə nə olacaq? Qərar verdim ki, dolğu ilə yox, simamı saxlamaqla əməliyyat etdirim.
Məsələn, məni narahat edən buxaq nahiyəsi idi. Çox adam düşünür ki, təzədən nələrsə etdirmişəm. Adi yerində olmuş əməliyyatdır. Bir az şişkinlik var idi deyə efirə çıxa bilmirdim. Nə yaxşı ki, etdim. Çünki yaxın 5-10 il ərzində öz simamda qalmaq istəyirəm".
Qeyd edək ki, L.Məmmədova daha əvvəl burun və bədənşəkilləndirmə əməliyyatı etdirmişdi.