"Bayramdır, insanlar istirahətə gedir. Rifahları yaxşıdırsa, gedə bilirlər. Mən getməyəcəyəm. Əhvalım yaxşıdır, çəkilişlərdə olacağam. Ümumiyyətlə insan dincəlməlidir. Yaş ötür, həyat gedir, bu gün varıq, sabah yoxuq. O qalan ömrü az pulla da olsa, çoxla da olsa, yaşayaq ki, bu dünyadan doyub gedək. Düzdür həyatdan doymaq olmur, gözəldir, amma ən azı heyifslənməyək".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə "Səhər mərkəzi" verilişində qonaq olarkən deyib.
İfaçı istirahət üçün müraciət etdiyi məkanlarda yer tapa bilmədiyini vurğulayıb:
"Düz bir ay bundan əvvəl Nabranda bir istirahət mərkəzi var, oraya zəng vurub yer istədim ki, ailəvi gedib dincələk. Dedilər, Nadir bəy, gecikmisiniz, yerlər 5 ay əvvəldən tutulub. Dedim bəs mənə görə. Cavab verdilər ki, sizə görə də olsa, kimi çıxaraq, artıq yerlər dolub. Təssəvvür edin, Şəki, Qəbələ, İsmayıllı, hər yerdə. Bu da o deməkdir ki, xalqın rifahı yaxşıdır. İndi kimdəsə bir az zəifdirsə, o da taleyindən küsməsin. Bu il olmaz, gələn il gedər".